İqtisadçı: "Bütün şərtlərə uyğun olduqdan sonra lisenziya verilməlidir" MÜNASİBƏT

İqtisadçı: "Bütün şərtlərə uyğun olduqdan sonra lisenziya verilməlidir" MÜNASİBƏT

"Satışda olan hər bir içki müxtəlif bölgələrdə istehsal edilə bilər". Bunu SİA-ya açıqlamasında iqtisadçı Əli Əlirzayev söyləyib.

Bildirib ki, sahibkarlıqla məşğul olan şəxslər mütləq məhsul keyfiyyətinə fikir verməlidir: "Hesab edirəm ki, müvafiq icra orqanları insan sağlamlığına zərər vuran məhsulların satışına icazə verməməlidir. Bəzən insanlar içdikləri içkilərin onların sağlamlığına necə mənfi təsir etdiyini bilirlər. Lakin buna baxmayaraq yenə də həmin məhsulları alırlar. Hazırda sağlam rəqabət gedir və hər kəs istədiyi məhsulu həm bölgələrdə, həm də paytaxtımızda sata bilər. Bəzən içkilərdən zəhərlənmə halları da baş verir. Bunun qarşısını almaq üçün düşünürəm ki, yerli icra orqanları ona cavabdeh olmalıdır. Bütün şərtlərə uyğun olduqdan sonra lisenziya verilməlidir. Hər bir bölgənin özünün müvafiq orqanı ona nəzarət etməlidir. Belə hallarda keyfiyyətsiz, istifadəyə yararsız məhsullar satışdan yığışdırıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə