Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 9-13 dərəcə isti olacaq.
Rayonlarda da yağmursuz hava şəraiti hökm sürəcək, səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub zonasında isə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir dağlıq ərazilərdə güclənəcək.
emperatur Aran rayonlarında gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB