4 rayon qazsız qalacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 1800-dək Sabunçu, işlər başa çatanadək isə Binəqədi, Nizami və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə