Dairəvi yolda işıq dirəyi yolda hərəkət edən avtomobilin qarşısına aşıb. Bu gecə Bakı dairəvi yolunda işıq dirəyi anidən qırılaraq yolda hərəkət edən avtomobilin qarşısına aşıb.Sürücü özünü itirməyərək böyük qəzadan xilas ola bilib. həmin ərazidə bir neçə gün öncə də eyni hadisə yaşanmışdı. bəs işıq dirəklərinin aşmasının əsas səbəbi nələrdir?
Avtomobil yolda normal sürətlə hərəkət eliyir. Ancaq yol qırağında quraşdırılan işıq dirəyi qəfildən aşaraq avtomobilin qarşısına düşür.
Bir neçə saniyə içərisində anidən baş verən hadisədə sürücü özünü itirməyərək qəzadan xilas ola bilir.Bu görüntülər ötən gecə Bakı Dairəvi yolunda şəhər istiqamətində hərəkət eliyən avtomobildə quraşdırılan avtoregistratorun anbaan videokamerasına düşüb
Həmin ərazidə hələ dörd gün bundan əvvəldə başqa bir işıq dirəyi də aşıb. Ərazidə olan digər işıq dirəklərinə nəzər yetirdikdə onların bəzilərinin də hansısa qəza nəticəsində təhlükəli vəziyyətə düşdüyü aydın görünür. Dirəklərin bu cür təhlükəli vəziyyətdə olması gələcəkdə xoşagəlməz hadisənin baş verə biləcəyindən xəbər verir.
Ekspertlər isə bildirirlər ki, qəza və ya hansısa təbii hadisə nəticəsində qəzalı vəziyyətə düşən yol qurğuları tez bir zamanda yeniləri ilə əvəz edilməlidir.
Ümumiyyətlə isə qanunvericiliyə görə qəzalar zamanı yol təssərrüfatına dəyən zərər ona səbəb olmuş sürücü tərəfindən ödənilməlidir.Adətən sürücülər bundan boyun qaçırır və məsələ məhkəmə müstəvisində həll olunur.Nəticədə dəymiş ziyanın ödənilməsi, yəni işıq dirəyinin bərpasının yubanır. Bu isə digər nəqliyyat vasitələri üçün təhlükə yaradır.Hər halda problemin daha operativ həll mexanizminin tapılmasına ehtiyac var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB