Müsəlman aləmində ən nüfuzlu İslam institutlarından hesab olunan Misirin "Dər əl-İfta" (Fətva evi-red.) cəmiyyəti rəsmi bəyanat yayıb. SİA ərəb informasiya mənbələrinə istinadən xəbər verir ki, buna səbəb Fransada nəşr olunan satirik həftəlik – "Charlie Hebdo" dərgisinin növbəti buraxılışında yenidən Məhəmməd (s.s.v.s.) Peyğəmbərin karikaturasını dərc edəcəyi barədə gəldiyi qərarıdır.
"Bu, yarım milyard müsəlmana qarşı düşünülməmiş və qəbuledilməz təxribatdır"-deyə "Dər əl-İfta"nın bəyanatında vurğulanır. Sitat: "Dərginin bu buraxılışı fransız və qərb cəmiyyətində yeni nifrət dalğasına səbəb olacaq. Dərginin fəaliyyəti müsəlman dünyasının can atdığı dialoq və mədəniyyət mövcudluğuna cavab vermir".
Bununla yanaşı, "Dər əl-İfta" həmin bəyanatında müsəlman dünyasına güc tətbiq etməməsi çağırışını da edib: "Biz bütün müsəlmanları güc və zorakılıq tətbiq etməməyə çağırır və bu addımı inkar edirik. Lakin digər tərəf də bizim Məhəmməd Peyğəmbərə olan sonsuz və əvəzsiz sevgimizi anlamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB