Azərbaycanda dövlət-din münasibətləri normaldır

Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevlə görüşüb. Komitədən verilən məlumata görə, görüşdə Milix Yevdayev bildirib ki, Azərbaycanda konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin kurs bütün xalq, o cümlədən müsəlmanlar, yəhudilər və xristianlar tərəfindən dəstəklənən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Mübariz Qurbanlı Azərbaycandakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün ölkədə dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Respublikada istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var.

Bütün xəbərlər Facebook səhifəmizdə