"Siyasi məhbus" adı ilə azadlığa buraxılmış Vahan Çaxalyan Gürcüstanın Cavaxetiya bölgəsində iğtişaşlar təşkil etməyi planlaşdırır. Bu məqsədlə o, silahlı dəstə yaradıb. Belə bir bəyanatla Gürcüstanın keçmiş polis işçisi, bu ölkənin "Şərəf" ordeninə layiq görülmüş Karina Qriqoryan çıxış edib.
K.Qriqoryan deyib: "Məndə olan məlumata görə, Çaxalyan regionda iğtişaşlar planlaşdırır. O, artıq 60-70 nəfərlik silahlı dəstə yaradıb".
Qeyd edək ki, "Vahid Cavaxk" siyasi hərəkatının liderlərindən biri olan V.Çaxalyan Mixeil Saakaşvilinin hakimiyyəti dövründə iğtişaşlar törətdiyinə görə uzun müddətə azadlıqdan məhrum edilmişdi. Lakin M.Saakaşvili hakimiyyətdən getdikdən sonra o, "siyasi məhbus" adı ilə azadlığa buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB