Psixoloq: "İntiharın ruhi xəstəliklə heç bir əlaqəsi yoxdur” AÇIQLAMA
"Son zamanlar cəmiyyətdə intihar hallarının sayı artıb". Bunu SİA-ya açıqlamasında psixoloq Dəyanət Rzayev söyləyib. Bildirib ki, bu cür addımların atılmasında psixi problemlərin heç bir əlaqəsi yoxdur: "90% insan intiharı şüurlu şəkildə tam sağlam edirlər. Onların problemləri psixi deyil, sosial məsələlərlə bağlıdır. Əslində intihara görə ölkəmiz ilk sıralarda olmasa da, bu baxımdan müəyyən qədər artım var. Hesab edirəm ki, bu cür insanların daxilində cəmiyyətə, ailəsinə və başqalarına qarşı müəyyən qədər etiraz var. Bəzən belə bir sual ortaya çıxır ki, Azərbaycanda psixi sağlamlıq haqqında proqram varmı? Bununla bağlı hər hansı tədbirlər görülürmü? Bəzən intiharı maddi durumla bağlayırlar. Ancaq diqqət yetirsək görərik ki, insanlar 90-cı illərdə daha pis vəziyyətdə yaşayırdılar. Bəzən cəmiyyət intiharın baş verməsini KİV ilə bağlayırlar. Bunu tamamilə yalnış hesab edirəm. Çünki insanlar cəmiyyətdə baş verən hadisələr barədə məlumatları olmalıdır. İntiharın proflaktikası ilə məşğul olan qurumlar, sosial strukturlar var. Düşünürəm ki, onlar işlədiyi sahəyə daha ciddi fikir verməlidirlər. Bizdə heç bir statistika aparılmır ki, insanlar nə üçün intihar edir. Statistika çıxmalıdır ki, neçə nəfər nə üçün intihar edib və ya intihara cəhd etmək istəyib. Onun səbəbləri bu gün aradan qaldırılmalıdır. Bir sözlə intiharın ruhi xəstəliklə heç bir əlaqəsi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB