Bu gün köhnə Yeni ildir. SİA-nın xəbərinə görə, Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gun bayram kimi qeyd olunurdu.
1700-cü ildə Birinci Pyotor həmin təqvimi ləğv edərək yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib. Qərarda qeyd olunub ki, ölkədə yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır. I Pyortor xoş başlanğıc olaraq xalqı təbrik edib, hamıya işlərində uğürlar, ailədə xöşbəxtlik arzulayıb: "Yeni ilin gəlişi münasibəti ilə şam ağaclarını bəzəyin, uşaqların əylənməsi üçün onları xizək sürməyə aparın. Böyüklər isə sərxoş məclislərində və dava-dalaşlarda iştirak etməsin - bunun üçün digər günlər də yetərlidir".
Yanvarın 14-ü köhnə Yeni il kimi Sovet İtifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədi ilə qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur.
Köhnə yeni il Rusiya ilə yanaşı bir sıra digər ölkələrdə də keçirilir. Moldava, Belorusiya, Latviya, Ukrayna, Kazaxıstan, Özbəkistan, Gürcüstanda da bu gün qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB