2015-ci ilin əvvəlindən indiyədək Azərbaycanda və ətraf ərazilərdə 236 yeraltı təkan baş verib. Bəs görəsən, ən çox zəlzələnin baş verdiyi ərazilər, habelə ən güclü təkanların qeydə alındığı yerlər haralardır? Bu, hər hansı bir böyük təkanın xəbərçisi ola bilərmi?
Bu ilin əvvəlindən indiyədək ölkədə gün ərzində 6-7 təkan baş verir. Əsas aktivlik isə Xəzərdə dənizində müşahidə olunur. Respublika Seysmoloji Xidmətin baş direktoru Qurban Yetirmişli deyir ki bunların əksəriyyəti kiçik təkanlardır və hər hansı bir təhlükə törətmir.
Son vaxtlar zəlzələlər daha çox Xəzər dənizində qeydə alınıb
Bu ilin əvvəlində isə Ordubadda maqnitudası 3-dən yuxarı, yəni 3 bal gücündə zəlzələ qeydə alınıb. Ancaq bununla yanaşı, Qəbələ, İsmayıllı, Şamaxı və Azərbaycanın şimal-qərbində çox zəif təkanlar müşahidə olunub. Qurban Yetirmişli, zəlzələlriin baş verməsinə səbəb isə aktiv qırılma olduğunu deyir.
Bu il Xəzər dənizində 3, bəzi rayonlarda isə 5 yeni seysmik stansiya quraşdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB