"Beynəlxalq aləmdə baş verən terror hadisələrini ancaq müsəlman aləmi ilə əlaqələndirirlər". Bunu SİA-ya açıqlamasında ilahiyyatçı Hacı Seyidağa söyləyib: "Bir müsəlman kimi məni də narahat edən ən vacib səbəb dünyada baş verən terror hadisələridir. Terror sözünün yanında İslam dininin adının çəkilməsi qəbul olunmazdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dəfələrlə söyləyib ki, İslam dini hər zaman terrora qarşı mübarizə aparır. Düşünürəm ki, bunların hər biri təxribat xarakterli işlərdir. Hər şeyə söyüşlə cavab vermək İslama yaddır. Bizim terrora qarşı münasibətimiz birmənalı qaydada kəskindir və hər zaman terror pislənir. Hesab edirəm ki, bu müsəlmanlara aid olan iş deyil. Belə ki, bir çox terror təşkilatları hər kəsə məlum olan bir ölkənin, dövlətin adı ilə bağlıdır. Bir sözlə İslam terroru lənətləyir. Şükürlər olsun ki, ölkəmizdə əminamanlıq şəraitində yaşayırıq və bu bir çox dövlətlərə örnəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB