Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib. SİA-nın İnterpolun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Türkiyə vətəndaşı, 64 yaşlı Arif Hüseyn Üçlər külli miqdarda vergidən yayınmaqda təqsirli bilinir.
Arif Hüseyn Üçlər Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Arif Hüseyn Üçlər Azərbaycanda bizneslə məşğul olurmuş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB