Bakı dairəvi yolunda sürət həddi əvvəlki həddə qaytarılıb. SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O deyib ki, bununla da adıçəkilən yolda sürət həddi əvvəlki kimi sağ zolaq üçün 90 km/saat, sol və orta zolaq üçün isə 110 km/saat olacaq: "Sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti əsasında məhdudlaşdırılıb".
Qeyd edək ki, bundan əvvəl Bakı dairəvi yolunda sürət həddi məhdudlaşdırılıb. Adıçəkilən yolun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ zolaq üçün 60 km/saat, sol və orta zolaq üçün isə 80 km/saat göstərilib.
Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində "Avtomagistral" yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB