Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvar ayının 12-dən 14-dək Türkiyənin Konya şəhərində "IŞIK-2015" hərbi təliminin əsas planlaşdırma konfransı keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, "IŞIK" təlimlərində Türkiyə ilə yanaşı bir sıra ölkələrin hərbi hava qüvvələrinin hərbi təyyarə və kelikopterləri iştirak edir. Azərbaycan hərbçiləri isə təlimlərdə əsasən müşahidəçi qismində iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB