Yanvarın 12-də Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı" proqramı çərçivəsində "Qazaxın Daş Salahlı kəndində tibb məntəqəsinin tikintisi" layihəsi üzrə qrant müqaviləsi imzalanacaq. SİA-nın verdiyi məlumata görə, mərasimdə layihə üzrə qrant müqaviləsini səfir Tsuquo Takahaşi və "İnkişaf 2006" Sosial İctimai Birliyinin icraçı direktoru Füzuli Əbiyev imzalayacaqlar.
Layihənin əsas məqsədi Qazax rayonunun Daş Salahlı kəndində yeni tibb məntəqəsi tikməklə kənd sakinlərinə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltməkdir.
Qeyd edək ki, bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 102,573 ABŞ dolları təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB