Şəki Elektrik Şəbəkəsində istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində vəziyyət qənaətbəxşdir. Hazırda rayon sakinləri gün ərzində daha keyfiyyətli və dayanıqlı enerji ilə təmin edilirlər.
Elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olması rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işləri ilə bağlıdır. Hazırda bütün imkan və qüvvələr ötürücü və paylayıcı şəbəkələrin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Müəssisənin xidməti ərazisində mövsümə hazırlıq məqsədilə Aydınbulaq, Qoxmuq, K.Dəhnə və digər HX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin müəyyən hissəsi də təmir olunub.
Qeyd edək ki, paralel olaraq analoji təmir işləri müəssisənin balansında olan 0,4 kV-lik xətlərdə və müəssisənin xidməti ərazisində yerləşən TM-lərdə də aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB