Ucqar kəndlərə gediş-gəliş çətinləşdi
Cənub bölgəsinə qar yağdı

Yanvarın 8-də günün ikinci yarısından başlayaraq Lənkəran və ətraf rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti gecə saatlarında qara çevrilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon əraizisndə qarın qalınlığı 15 sm, dağlıq və yüksək dağlıq ərazilərdə isə 25-30 sm-ə çatıb. Yağan qar ciddi çətnliklər yaratmasa da, problemsiz də ötüşməyib. Ucqar dağ kəndlərində qarın ağırlığından elektrik xətlərinin qırılması nəticəsində enerjinin verilişində fasilələr yaranıb. Bundan başqa kəndlərə gediş-gəliş çətinləşib.

Lənkəran FHK-nın üzvü Möhübbət Babayev deyib ki, Lənkəran şəhəri ərazsində yarana biləcək problemləri aradan qaldırmaq məqsədilə 15 ağır texnika və 100-ə yaxın canlı qüvvə səfərbər olunub. Həmçinin yolların buz bağlanması nəzərə alınaraq qum və düz tədarükü görülüb.

Hazırda bölgənin bütün rayonlarında qarlı hava şəraiti höküm sürür.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə