Zahid Qaralov dəfn olundu

Tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov bu gün Yasamal rayonu ərazisində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində xeyli sayda adam iştirak edib.

Dəfndə iştirak edənlər arasında Azərbaycan hökumətinin üzvləri, hakimiyyət rəsmiləri, millət vəkilləri, elm xadimləri və ictimaiyyət nümayəndələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə