Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. SOCAR-dan SİA-ya verilən məlumata görə, birlik 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalarda 3 485 ailə yaşayır.
2014-cü il ərzində təbii qaz verilən 238 çoxmərtəbəli binada ümumilikdə 17348 ailə yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB