Nadir antibiotik yaradılıb

ABŞ-da alimlər nadir antibiotik hazırlayıblar. Xəstəlik törədən bakteriyalarda bu antibiotikə qarşı davamlılıq yaranmır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, preparat Şimali-Şərq Universitetinin (Boston) bazasında ABŞ, Böyük Britaniya və Almaniya alimləri tədqiq edib.

Laboratoriya tədqiqatları zamanı müəyyən olunub ki, teiksobaktin adlandırılan bu preparat stafilokokun və vərəm törədicilərinin əmələ gətirdiyi təhlükəli infeksiyalara qarşı mübarizə aparmaq iqtidarındadır. Bununla belə, patogen bakteriyalarda bu antibiotikə qarşı davamlılıq yaradan mutasiyalar törənmir.

Hazırda preparat yalnız gəmiricilər üzərində uğurla sınaqdan keçirilib. Bu təcrübəni insanlar üzərində aparılmasının hazırlığına bir neçə il lazımdır. Lakin alimlər teiksobaktin bazasında bir sıra səmərəli preparat yaratmağa ümid bəsləyirlər.

Qeyd edək ki, son vaxtlar səhiyyədə növbəti innovativ preparatın klinik təcrübəsi ilə müqayisədə bakteriyalarda antibiotiklərə davamlılığın daha sürətlə inkişaf etməsi ilə bağlı böhran yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə