Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 20 Yanvar hadisələrinin ilk günündən xalqımızın başına gətirilmiş müsibətlərin ağırlığını çiynində daşıyan ictimai təşkilat olaraq Vətənimizin asadlığı uğrunda canlarını qurban vermiş soydaşlarımızın ailələrinə daim qayğı göstərmiş, onların problemlərini diqqətdə saxlayıb. AHİK-dən SİA-ya verilən xəbərə görə, Qanlı Yanvar hadisələrinin baş verdiyi gündən bu günədək Azərbaycan Həmkarlar İttifaqları şəhid ailələrliə sıx əlaqə saxlayır, üzləşdikləri problemlərin vaxtında həlli üçün mümkün olan hər şeyi edirlər. Hər il 20 Yanvar hadisələri ərəfəsində faciə qurbanlarının ailələri və əlillər AHİK-də qəbul olunur, problemləri öyrənilir, maddi yardımlar verilir. Yanvarın 9-da AHİK-də 117 şəhid ailəsi ilə görüş keçirilib, problemləri dinlənilib, hər ailəyə 100 manat məbləğində maddi yardım edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB