“Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondu ictimai birliyə çevrildi

“Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondu ictimai birliyə çevrildi

"Beynəlmiləlçi Əlil Döyuşçülər" Fondunun Himayəçilik Şurasının 06 dekabr 2014-ci il tarixində keçirdiyi ümumi yığıncağında Fond öz Nizamnamə məqsədlərini və adını saxlamaqla ictimai birliyə çevrilərək bundan sonra fəaliyyətini ictimai birlik hüquqları formaslnda davam etməsi barəsində Qərar qəbul edib. "Beynəlmiləlçi Əlil Döyuşçülər" ictimai birliyinin sədri Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Orucov Sərraf Vəliş oğlu seçilib.

Birliyinin sədri Sərraf Orucov SİA-ya məlumat verərək bildirib ki, "Beynəlmiləlçi Əlil Döyuşçülər" Fondu, 16 fevral 1996-cı il tarixində yarandığı gündən, Respublikanın ictimai həyatında yaxından iştirak edərək xarici ölkələrdə Beynəlmiləlçilik vəzifələrini yerinə yetirib müharibələrdə iştirak edərkən sağlamlıqlarını itirmiş və Qarabağ müharibəsində döyüşərək əlil olmuş döyüşçülərə sosial, tibbi reabilitasiya, hüquqi və maddi yardımlar göstərərək fəaliyyət göstərib.

"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu fəaliyyəti dövründə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 7 dəfə müxtəlif layihələr uğurla həyata keçirərək şəhid ailələrinə, müharibə əlilllərinə, vetranlarina və valideyin himayəsindən mərhum olunmuş kimsəsiz yeniyetmələrə tibbi –sosial problemlərinin həllinə yaxından köməklik edib. "Beynəlmiləlçi Əlil Döyuşçülər" ictimai birliyi öz nizamnamə məqsədlərini yerinə yetirərək, Azərbaycanda Vətəndaş Cəmiyətinin inkişafında yaxından iştirak edərək fəaliyyətini daha geniş formada davam etdirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə