Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 şaxta, gündüz 3-6 isti olacaq.
Sabaha Azərbaycan rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə duman, lakin Lənkəran və Astara zonasında arabir yağıntılı olacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 şaxta, gündüz 3-8 isti, dağlarda gecə 12-17 şaxta, gündüz 2 dərəcə isti şaxtadan 3 dərəcəyədək isti müşahidə olunacaq. Yüksək dağlıq ərazilərdə isə 23-28 dərəcə şaxta olacaq.
Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən mülayimləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB