Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Könüllülük Xidməti çərçivəsində Azərbaycan gəncinin Bolqarıstanda keçirilən 2 aylıq könüllülük proqramında iştirakını təmin edir. SİA-nın məlumatına görə, ARGTMŞ-ın tərəfdaşı olan "Alternativ International"ın təşkilatçılığı ilə həyata keçirilən tədbirdə həmçinin Gürcüstan, Türkiyə, Xorvatiya, Makedoniya, Rumıniya, İspaniya və Çexiyadan olan gənclər də iştirak edirlər.
Tədbirin məqsədi könüllülüyün təbliğ edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, tolerantlığın və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsidir. Layihə çərçivəsində iştirakçılar könüllülüyün təbliği ilə bağlı "Radio Alternativi"də fəaliyyət göstərəcək və vaxtlarını səmərəli keçirərək, təcrübə qazanmaq imkanı əldə edəcəklər. Təcrübə Proqramı həmçinin gənclərə öz ölkələrinin mədəniyyət və dəyərlərini nümayiş etdirmək imkanı yaradacaq.
Məlumat üçün qeyd edək ki, ARGTMŞ 2013-cü ildən Avropa Könüllülük Xidməti üzrə akkreditasiya sertifikatı əldərək rəsmi olaraq könüllülərin beynəlxalaq mübadiləsi həyata keçirmək hüququ əldə edib. Təşkilat xarici təcrübəni Azərbaycana gətirərək Avropa Könüllülük Xidməti əsasında Azərbaycan Könüllülük Xidmətini təşkil edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan Azərbaycan Könüllülük Xidməti çərçivəsində Azərbaycanın 13 regionunun 15 "Gənclər Evi"-dən olan gənclər arasında könüllü mübadiləsi həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB