2014-cü dekabr ayı ərzində 2,106.370 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 76 PHS, 1 ədəd tank əleyhinə mina və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA-nın mıtbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 278,297,716 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,623-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB