Yollardakı vəziyyət açıqlandı FOTO

Yollardakı vəziyyət açıqlandı FOTO

"Hazırda Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətində demək olar ki, heç bir problem yoxdur". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib

O bildirib ki, dünən gecədən səhər saatlarına qədər Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkətini tam təmin etmək üçün ASC-nin xidmət etdiyi bütün ərazilərə qum-duz qarışığı səpilib: "Dünən gecə saatlarında bəzi naşı sürücülər Bakı-Sumqayıt yolunda tıxaclar yaratdığına görə, ASC-nin texnikaları işləyə bilməyib. Lakin gecə saat 3-dən sonra texnikalarımız intensiv surətdə həmin ərazidə işlədilər və nəqliyyat vasitələrinin normal hərəkəti tam təmin olunub".

"İstər Bakı Dairəvi yolunda, istərsə də Bakı-Sumqayıt yolunda bəzi sürücülər avtomobillərini idarə edə bilmədikləri üçün maşınları yolun hərəkət edən hissəsində qoyaraq gedib, bu da Bakı-Sumqayıt yolunda tıxaclar yaradıb: "Buna baxmayaraq, nəqliyyatın intensiviliyi azalan kimi biz həmin ərazilərdə təmizlik işləri apardıq"- deyə, P. Mürsəliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə