Yeni velosiped zolağı salınıb

Ötən il Heydər Əliyev park kompleksində inşa olunan velosiped yolu 4 kilometrlik ərazini əhatə edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, burada fəaliyyət göstərən iki dayanacaqda 30-a yaxın velosiped əhalinin istifadəsinə verilib. Həmçinin velosipedləri abunə və plastik bank kartları ilə kirayə götürmək olur. İstifadəçilərin əksəriyyəti isə təbii ki, gənclərdir. Təhlükəsizliyin təminatı üçün velosipedləri yalnız parkın ərazisində xüsusi ayrılan yollarda sürmək lazımdır. Velosiped yolunda isə velosipedlərin quraşdırılaraq, istifadəyə verilməsi yay aylarına planlaşdırılıb.

Velosiped yolu yerli sakinlərlə yanaşı, şəhərimizə gələn turistlərin də ən işlək yoluna çevriləcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə