Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda hökm sürən qarlı, yağmurlu və qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir. SİA-nın xəbərinə görə, İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hazırda xidmətdəyik. Artıq gücləndirilmiş iş saatı ilə xidmətə başlanılması üçün start verilib. Qarın, yağışın yağması ilə əlaqədar yollarda sürüşkənlik əmələ gəlib. Bütün şəxsi heyət ərazi üzrə tənzimləmə işləri aparır. Məqsəd yollarda yarana biləcək sıxlığın qarşısını almaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB