Həkimlərlə görüş keçirilib FOTO

Həkimlərlə görüş keçirilib FOTO

Gəncədə cərrah həkimlərlə görüş keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə Gəncə şəhərində cərrahiyyə sahəsindəki mövcud durum və həkimlərin elmi biliklərinin daha da artırılması diqqətdə saxlanılır.

Paytaxt Bakı şəhərində eləcə də, bir sıra inkişaf edən ölkələrdə həyata keçirilən ən son cərrahiyyə üsullarının, yeni texnologiyaların bölgələrdə də tətbiq edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Tibbin bu sahəsində həyata keçirilən və günbəgün inkişaf edən müasir metodlardan istifadənin yerli cərrah həkimlər üçün prioritet məsələ olduğu qərara alınıb. Yeni avadanlıqların alınması ilə yanaşı gənc həkimlərin beynəlxalq təcrübələrinin artırılması da bundan sonra diqqət mərkəzində olacaq. Görüşdə həmçinin bu gün ölkənin ikinci böyük şəhərində çalışan cərrahların iş rejimi, onların üzləşdikləri problemlərdə müzakirə olunub. Qeydə alınan çətinliklərin aradan qaldırılması istiqamətində geniş tədbirlər planının tətbiqinə başlanılacağı bildirilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə