Səfirlikfə başsağlığı kitabı açılacaq

Səfirlikfə başsağlığı kitabı açılacaq

Parisdəki "Charlie Hebdo" satirik jurnalının redaksiyasında baş verən hücumda həlak olanlarla əlaqədar Fransanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq. SİA-nın xəbərinə görə, səfirlikdən verilən məlumatda bildirilir ki, başsağlığı kitabı yanvar ayının 9-da saat 9.00-dan 18.00-a qədər açıq olacaq.

Xatırladaq ki, Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalı redaksiyasında baş verən terror aktı nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib.

Jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə