Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda hökm sürən qarlı, yağmurlu və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. SİA-nın xəbərinə görə, İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. Onlar ilk növbədə, tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənlərin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqət yetirilməlidir.

V.Əsədov deyib ki, sürücülər sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalıdırlar. Paytaxtda sürücülər xüsusilə əsas prospektlərdə, şoselərdə, əhalinin olduğu yerlərdə avtomobili sürətlə idarə etməməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə