Havaların soyuması ilə əlaqədar Dəmir yolunda gücləndirilmiş iş rejmi tətbiq olunub

Havaların soyuması ilə əlaqədar Dəmir yolunda gücləndirilmiş iş rejmi tətbiq olunub

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri havaların kəskinləşməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər. SİA-nın verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üç quruluş elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi normal işləməsi diqqətdə saxlanılır.

Qeyd edək ki, bəzi qısamüddətli gecikmələri nəzərə almasaq, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə