Ordubadda zəlzələ olub

Naxçıvanda zəlzələ olub. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumata əsasən təkanlar yerli vaxtla gecə saat 03:00-da Naxçıvan Muxtar Respublikasının Ordubad ərazisində qeydə alınıb. Maqnitudası 4,3 olan və 5 km dərinlikdə baş verən zəlzələ hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə