Qoşunların döyüş atışlı təlimləri keçirilib
Hava hücumuna hazırıq

Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri yanvarın 7-də qəfil həyəcan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa 9A33BM-3" zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Ssenariyə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb. Təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə