Şengen vizası almaq istəyənlərin nəzərinə!

Şengen vizası almaq istəyənlərin nəzərinə!

Yanvarın sonundan etibarən Şengen ölkələrinə viza olmaq istəyənlərin biometrik şəkili və barmaqlarının rəqəmsal izləri götürüləcək. SİA-nın məlumatına görə, İtaliyanın Azərbaycandakı səfirliyi 29 yanvar 2015-ci il tarixindən etibarən Şengen ölkələri arasında viza məlumat mübadiləsi aparılması üçün Viza İnformasiya Sisteminin (VİS) qüvvəyə minəcəyini açıqlayıb. Yeni sistemə əsasən ilk dəfə olaraq viza sorğusu təqdim edən şəxslər şəxsən müraciət etməlidirlər. Müraciət edən şəxsin biometrik şəkli və barmaqlarının rəqəmsal izləri götürüləcək. 12 yaşına çatmamış azyaşlılar və fiziki olaraq barmaq izlərinin götürülməsi mümkün olmayan şəxslər bu prosedurdan azaddır.

Bütün xəbərlər Facebook səhifəmizdə