İctimai nəqliyyatda sürücülərin vahid geyim formasından istifadəsinə nəzarət etmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları mütəmadi olaraq reydlər təşkil edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, növbəti reyddə departamentin əməkdaşları səhər saatlarından başlayaraq, şəhərin müxtəlif istiqamətlərində xətlərə çıxan sürücülərin geyimlərinə baxış keçiriblər. Vahid geyim formasına keçidi həm sürücülər, həm də sərnişinlər müsbət hal kimi qiymətləndirir.
Qeyd edək ki, qaydalara əməl etməyən sürücülər inzibati qaydada 40-50 manat məbləğində cərimə olunacaqlar.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB