"Son illər Xəzər dənizinin səviyyəsi azalır". Bunun səbəbini SİA-ya coğrafiya elmləri doktoru Mahmud Xəlilov söyləyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi iqlim amilidir. Son bir neçə ildə Volqa çayının suyu azalmağa başlayıb. Bu il isə həddindən çox azalma müşahidə olunur. Xəzər dənizinin səviyyəsinin həm qalxması, həm də enməsinin mənfi cəhətləri var. Suyun səviyyəsi qalxanda ətraf əraziləri su basır, azalanda isə ilk növbədə limanlar əziyyət çəkir, qurunt suyunun səviyyəsi aşağı düşür. Bu da bitki örtüyünə öz mənfi təsirini göstərə bilər. Bir sözlə Xəzər dənizinin səviyyəsinin enməsi ətraf ərazilərdə quraqlığın yaranmasına səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB