Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. BŞBPİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, son günlər internet və çap mediada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız xəbərlər yayılır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəsmən bildirir ki, bu xəbərlər həqiqətə uyğun deyil. "Polis general-mayoru Həsən Şirinov hal-hazırda Baş İdarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)
.jpg)

        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB