Bayram günlərində Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağrışların sayı adi günlərlə müqayisədə 2 dəfə artıq olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dekabrın 31-dən yanvarın 4-dək Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 1341 çağırış daxil olub ki, bu da adi günlərlə müqayisədə 2 dəfə çoxdur. Adətən gün ərzində stansiyaya 150-200 çağırış daxil olurdusa, bayram günlərində bu say 250-300 arası təşkil edib. Çağırışlar daha çox ürək-damar sistemi, mədə-bağırsaq xəstəlikləri və hipertaniya ilə əlaqədar olub. Çağırışlara vaxtında və operativ cavab vermək üçün stansiyada iki növbəli olmaqla, hər növbədə 20 həkim çalışıb. Həkimlər müraciətlərin artmasını insanların həmin günlərdə düzgün qidalanmamaları ilə əlaqələndirir.
FHN-nin Gəncə dövlət yanğından mühafizə idarəsindən isə bildirilib ki, bayram günləri ərzində idarəyə yanğın və digər fövqəladə hallarla bağlı çağırış daxil olmayıb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB