"Türkiyə Hava Yolları" (THY) aviaşirkəti ölkədə kəskin pisləşən hava şəraiti ilə əlaqədar olaraq bəzi ölkədaxili və xarici ölkələrə uçuşları təxirə salıb. SİA-nın Türk Hava Yollarının yaydığı məlumata istinadən verdiyi xəbərə görə, daxili xəttdə Atatürk və Sabiha Gökçen hava limanlarından ümumilikdə 39 istiqamətə uçuşlar ləğv edilib. Xarici istiqamətlər üzrə isə Atatürk Hava Limanından Skopye (Makedoniya) və Budapeşt (Macarıstan), habelə Cenevrə-İstanbul reysi təxirə salınıb.
Həmçinin hava şəraiti ilə əlaqədar olaraq İzmirdən də uçuşların yerinə yetirilməsi bir müddətlik təxirə salınıb. Belə ki, İstanbulda şiddətli qar yağdığı üçün İzmirin Adnan Menderes Hava Limanından İstanbula 7 reysin uçuşu ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB