Azərbaycanda yeni doğulan körpələrə ən çox qoyulan adlar açıqlanıb. SİA-nın Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən il ərzində yeni doğulan oğlan uşaqlarına daha çox Yusif adı qoyulub. Belə ki, bir il ərzində 3967 körpə bu adla adlandırlıb.
Növbəti yerlərdə Əli (2526), Hüseyn (2610), Məhəmməd (1446), Murad (1717) adları gəlir.
Qız uşaqlarına isə ən şox verilən ad Zəhra (3608) olub. İlk beşlikdə Nuray (2538), Fatimə (2504), Ayan (1694), Aylin (1803), Zeynəb (1693) də var.
Qeyd edək ki, bu adlar son beş il ərzində yeni doğulan oğlan uşaqlara verilən adlar arasında da liderlik edir. 2009-2014-cü illər ərzində 14128 körpə Yusif, 12877 isə Zəhra adlı körpə dünyaya gəlib. İlk üçlükdə isə qızlar arasında Nuray (11170), Fatimə (9870), Ayan (6372), oğalnalr arasında Əli (9581), Hüseyn (9299), Məhəmməd (6182) liderlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB