"Cənab Uorlik səfir maaşı alır. İmkanlı adamdır. Onun tutduğu həmsədr postu münaqişənin həllinə zərrə qədər təsir göstərmir". SİA-nın verdiyi məlumata görə, bunu teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "2015-сi il Dağlıq Qarabağ münaqişəsi üçün sülh və davamlı nizamlanma ili olmalıdır" fikirlərinə də münasibət bildirərkən qeyd edib.
Z.Əlizadənin sözlərinə görə, cənab Uorlik səfir maaşı alır, imkanlı adamdır və onun tutduğu həmsədr postu münaqişənin həllinə zərrə qədər təsir göstərmir: "Vəzifəsini itirməmək üçün optimist bəyanatlar verirlər, özlərini işgüzar siyasətçi kimi aparırlar. Onlara münaqişənin birdəfəlik həlli lazım deyil. Pulları Dağlıq Qarabağ münaqişəsindən çıxan adamlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB