Dünyada baş verən müharibələr, sosial problemlər, iş və avtomobil qəzaları və s. insanlarda daima stress yaranmasına səbəb olur. Bu isə, sağlamlıq üçün heç də yaxşı hal deyil. Belə stresslərdən müəyyən qədər uzaqlaşmaq üçün elm adamları insanlara gülməyi məsləhət görürlər. Araşdırmalar zamanı məlum olub ki, gülmək insanların səhhətinə düşünmədikləri qədər çox xeyirlidir. Kaliforniyanın Loma Linda Universitetində aparılan araşdırmanın nəticələri göstərir ki, gülmək stress hormonu olan kortizolun beyinə verdiyi zərəri azaltmaqla yaddaş itkisinin qarşısını alır. Qəhqəhə ilə gülmək yaşlı isanların yaddaş itkisi üçün də ən yaxşı dərmandır.
Okan Universitetinin Fizika Müalicə və Reabilitasiya Şöbəsinin dossenti Qamze Şenbursa bildirib ki, iş və digər stresslər insan beyniyini mental xəstəliklər üçün həssaslaşdırır. Onun sözlərinə görə, stress insanda allergiyaları daha da artırır. Çox stress yaşayan insanlarda gənc yaşlarda yaddaş və öyrənmək zəifliyi yaranır. Bunun səbəbi isə stressin beyin hüceyrələrinə zərərli hormon olan kortizol istehsalını artırmasıdır. Gülmək isə stressin, dolayı yolla onun yaratdığı problemlərin qarşısını almaq üçün əvəzolunmaz vasitədir.
Gülüş kortizol kimi zərərli hormonları azaltmaqla yanaşı, qan təzyiqini salır və qan dövranını normallaşdırır.
Qəhqəhə ilə gülmək və ya yumora qulaq asmaq kef və mükafat hissi yaradan endorfin və dopamini çoxaldır.
Beləliklə, gülmək həm həyat keyfiyyətini artıran, həm də yaddaşı qüvvətləndirən yaxşı dərmandır.
Qeyd edək ki, "Medical News Today"dəki məlumatlara görə, yaddaşı artıran digər vasitə yaşıl çaydır. Johns Hopkins Universitetində isə araşdırma zamanı kafeinin də uzun müddətli yaddaşı artırdığı məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB