BŞGİBİ uşaqlar üçün Yeni il şənliyi təşkil edib

BŞGİBİ uşaqlar üçün Yeni il şənliyi təşkil edib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında aztəminatlı ailələrin uşaqları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Şaxta baba və Qar qız uşaqlarla əyləncəli oyunlar keçirib və onları şənləndiriblər. Rəngarəng rəqs nömrələri, səhnəciklər, müxtəlif oyunlar şənliyi daha da yaddaqalan edib.

Geniş konsert proqramı ilə davam etdirilən şənliyin sonunda uşaqlara "Maşa və Ayı" tamaşası göstərilib və bayram hədiyyəsi paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə