Qışda yaz havası PROQNOZ

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə