Qarsda Sarıqamış şəhidlərinin xatirəsi anılıb

Qarsda Sarıqamış şəhidlərinin xatirəsi anılıb

Türkiyənin Qars vilayətində Sarıqamış şəhidlərinin xatirəsi anılıb. Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Sarıqamış Kollecində keçirilən mərasimdə hökumət təmsilçiləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə XX əsrin əvvəllərindən başlayaraq Osmanlı dövlətinə qarşı həyata keçirilən hərbi müdaxilələrin acı nəticələrindən bəhs olunub. Qeyd olunub ki, Vətənin müdafiəsi, ölkənin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi həmişə uca tutulacaq.

Sonda şəhidlərin ruhuna "Qurani - Kərim"dən ayələr oxunub

Sabir Şahtaxtı, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə