Moskva şəhər merliyi şəhər əhalisinə xəbərdarlıq edib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin merliyi, eləcə də fövqəladə hallar xidməti bildirib ki, şəhərdə və onun ətrafında saniyədə 15 metrə çatan və ondan da artıq ola biləcək güclü qasırğa gözlənilir. Xəbərdarlıqda bildirilir ki, elektrik verilişində fəsadlar yarana, reklam bannerləri, ağaclar isə qasırğa nəticəsində aşa bilər. Bu səbəbdən, əhalidən təhlükəli yerlərdən keçməmək, avtomobil sahiblərindən isə öz maşınlarını mümkün qədər təhlükəsiz yerlərdə parka etmələri xahiş olunub.
Meriyadan bildirilib ki, qasırğa ilə əlaqədar təcili tibbi yardım xidməti də gücləndirilmiş iş rejiminə keçib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB