Astarada ümumrayon yeni il şənliyi

Astarada ümumrayon yeni il şənliyi

Astara şəhərindəki Heydər Əliyev Parkında ümumrayon yeni il şənliyi keçirilib. Minlərlə rayon sakini meydanda quraşdırılmış geniş ekranlı monitordan respublika televiziya kanallarından birbaşa yayımlanan musiqi nömrələrini seyr edib.

Şaxta baba və Qar qız meydana toplaşanlara yeni il arzularını çatdırdılar.

Mərasimdə rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Gecə saatlarınadək davam edən bayram tədbiri atəşfəşanlıqla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə