Naxçıvan şəhərindəki 10 və 11 nömrəli uşaq bağçalarında Yeni il şənlikləri keçirilib. 10 nömrəli bağçanın müdiri Elnarə Seyidova çıxış edərək Vətənimiz Azərbaycanın çiçəklənməsindən, inkişafından danışıb.
Qeyd edilib ki, 2014-cü il ölkəmiz, o cümlədən muxtar respublika üçün uğurlu il kimi yadda qalıb. Ölkəmiz bu uğurlara vətənpərvər insanların fədakarlığı, işgüzarlığı nəticəsində nail olub.
Daha sonra Şaxta baba və Qar qız maraqlı səhnəciklərlə, oyunlarla uşaqları şənləndiriblər. Rəngarəng kompozisiya ilə davam edən bayram tədbirində uşaqlar şeirlər söyləyib, şən mahnılar və rəqslər ifa ediblər.
11 nömrəli uşaq bağçasında keçirilən Yeni il şənliyində bağçanın müdiri Aynur Əhmədova çıxış edərək balaca fidanları bayram münasibətilə tədbir edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanda uşaqların vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət göstərilir. O, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Liderimizin adı ilə bağlıdır.
Daha sonra balaca fidanların hazırladıqları müxtəlif rəqs nömrələri, Yeni ilə həsr olunmuş şeirlər, bir neçə xalq nağılı əsasında hazırlanmış səhnəciklər şənliyə xoş ovqat qatıb. /azertag.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB