Cari ildə gənclər sahəsi üzrə ölkəmizdə 156 tədbir keçirilib. Onlardan 122-si yerli, 34-ü isə beynəlxalq səviyyəli olub. 420 nəfər gənc xarici ölkələrə ezam olunub, 2 min 793 nəfər isə Azərbaycanda qəbul edilib.
Gənclər və İdman Nazirliyindən bildiriblər ki, yola saldığımız 2014-cü ildə ölkəmizdə nazirlik tərəfindən vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini aşılayan "Hünər", "Şahin", "Cəsurlar" adlı yarışlar, bayraq gününə, əsgər bayramına həsr olunmuş tədbirlər və folklorumuzun təbliği ilə əlaqədər gəclərin iştirakı ilə festivallar keçirilib.
Yaradıcı və intellektual gənclər üçün təşkil olunan "Breyn rinq", "Mən Azərbaycanda yaşayıram" foto müsabiqə, gənc alimlərin Bakı beynəlxalq forumu, üçüncü "Xəzər Kuboku", IV Beynəlxalq uşaq muğam festivalı və digər tədbirlər böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB